Ümumi qaydalar
Təqdim olunan məqalənin mətni kompüterdə Microsoft Windows əməliyyat sistemində işləyən xüsusi mətn redaktoru – Microsoft Word 2013-2019 versiyalar istifadə olunmaqla yazılır. Mətn üçün şrift olaraq Azərbaycan, ingilis və rus dillərində Times New Roman qəbul edilir. Səhifənin ölçüləri A4 (21,0×29,7 sm) formatına uyğun olmalıdır. Səhifədə yazı səhifəsinin sol, sağ, yuxarı və aşağı hissələrdən 2 sm sahə saxlanılır.
Məqalənin ümumi həcmi 6000 sözdən artıq olmamalıdır. Həcmi 6000 sözdən çox olan, lakin olduqca mühüm elmi nəticələrə malik məqalələr redaksiya heyətinin razılığı ilə dərc edilə bilər.
Məqalənin iki və daha artıq müəllifi varsa, onlardan yalnız biri məqaləyə məsul müəllif hesab olunmaqla, iş ünvanı və e-mail ünvanı göstərilməlidir. Məqaləyə məsul müəllif digər həmmüəlliflərin əlyazmanın sonuncu versiyasını təsdiq etməsi və dərc olunması üçün razılıq verməsinə görə cavabdehdir. Həmmüəlliflərin məqaləyə əlavə edilməsi və ya silinməsi redaksiyaya qəbuldan əvvəl edilməlidir.
Ədəbiyyat siyahısına daxil olan bütün əsərlərə məqalənin mətnində istinad verilməlidir.
Əlyazma qrammatik və orfoqrafik qaydalara uyğun tərtib olunmalıdır.
Məqaləni təqdim edən müəllif, təsvir edilən işin əvvəllər nəşr olunmadığı barədə məsuliyyət daşıyır. Qəbul edildiyi təqdirdə, məqalənin digər yerlərdə, eyni şəkildə və ya başqa bir dildə, müəllifin yazılı razılığı olmadan dərc olunmasına yol verilmir. Orijinallığın təsdiqi üçün məqaləniz yoxlamadan keçirilir.
Məqalənin inklüziv dili bütün insanlara hörmət, həssaslıq və bərabər imkanları təşviq etməlidir. Məqalələrdə hər hansı bir oxucunun inancına və ya öhdəliklərinə dair heç bir fərziyyə irəli sürülməməli, bir şəxsin digərindən irqi, cinsi, mədəni və ya digər xüsusiyyətlər əsasında üstün olması ilə bağlı fikirlərə yol verilməməlidir.
Məqalələrin formatında xüsusi tələb olmasa da, əlyazmalar xülasə, açar sözlər, material və metodlar, təhlil və müzakirə, nəticə, illustrasiya və cədvəllər kimi lazım olan elementləri özündə ehtiva etməlidir.
Xahiş edirik ki, faylda yer alan şəkil, xəritə və ya cədvəllərin aydın olmasını və əlyazmanın müvafiq mətninin sonunda yerləşdirilməsini təmin edin. Bu jurnala daxil olan hər bir məqalənin elmi keyfiyyətinin yoxlanılması ən azı iki gizli ekspert tərəfindən həyata keçirilir. Materialların jurnalın tələblərinə uyğunluğu ilkin olaraq redaktor tərəfindən qiymətləndirilir. Redaktor məqalələrin qəbul edilməsi və ya imtina edilməsi ilə bağlı yekun qərara məsuldur. Redaktorun qərarı qətidir.
Məqalənin strukturu
Bölgünün nömrələnməsi
Məqaləni aydın və nömrəli bölmələrə ayırın. Bölmələr 1, 1.1 (daha sonra 1.1.1, 1.1.2,…), 1.2 və s. şəklində olmalıdır (xülasə nömrəli bölmələrə daxil edilmir). Hissələrə qısa başlıq verilə bilər. Hər bir başlıq yeni sətrdə olmalıdır.
Giriş
İşin aktuallığını və məqsədlərini təqdim edin. Bu bölmədə ədəbiyyatın təhlili və nəticələrin xülasəsi verilmir.
Material və metod
İşin metodu və müstəqil tədqiqatçı tərəfindən yerinə yetirildiyi barədə ətraflı məlumat verin. Göstərilən metodlar ümumiləşdirilməli və istinad ilə göstərilməlidir. Mövcud üsullar və onlara edilmiş dəyişikliklər aydın şəkildə təsvir olunmalıdır.
Təhlil və müzakirə
Burada işin nəticələrinin əldə olunma istiqamətləri və əhəmiyyəti araşdırmalı, lakin onları təkrarlamamalıdır.
Nəticə
Araşdırmanın əsas nəticələri dəqiq, qısa və başadüşülən formada təqdim edilməlidir.
Məqalənin adı
Məqalənin adı müvafiq əlifbanın böyük hərfləri ilə qalın (bold) yazılır (şriftin ölçüsü 14 pt, interval 1), mətn sahəsinin eni boyu, səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir.
!! Qeyd olunan tələblərə uyğun gəlməyən məqalələr geri qaytarılır.